IQNA

Rejosor Spayk Li: “ABŞ yerlilərin soyqırımı üzərində qurulub”

17:45 - June 17, 2020
Xəbər sayı: 3487424
Tehran (IQNA) - Amerikalı rejissor və Oskar mükafatçısı Spayk Li, televiziya proqramında elan edilən ABŞ prezidentinin etirazları yatırtmağa davam etmək istəyinə cavab verib.

ABŞ polisi tərəfindən zorakılığı tənqid edən amerikalı rejissor, "Bu ölkə yerlilərin soyqırımı əsasında qurulub", – deyə bildirib.

Amerikalı rejissor və Oskar mükafatçısı Spayk Li, televiziya proqramında elan edilən ABŞ prezidentinin etirazları yatırtmağa davam etmək istəyinə cavab verib.

Spayk Li deyib: "Ölkə köklü amerikalıların torpaqlarının işğalı üzərində qurulub, lakin ona quldarlığı da əlavə edin, çünki bu, Amerikanın əsası və reallıqdır. Əvvəldən Amerika üçün mübarizə apararaq vuruşduq, amma bu ölkə bizim üçün vuruşmur, biz, bizi sevməyən bir ölkəni sevirik.

1770-ci ildə Bostonda inqilab müharibəsində, ABŞ üçün ilk canını qurban verən insan qaradərili Krispes Attaks idi".

Amerikalı filosof, vətəndaş və insan hüquqları fəalı Kornell Uest, ABŞ-da son irqçi etirazlara toxunub: "Ölkənin hegemonluğu irqçiliklə əlaqədardır, irqçilik və polis zorakılığı ABŞ imperializmindən ayrıla bilməz".

ABNA24

 

captcha