Nigeriya xalqı paytaxt Abucada Şeyx Zəkzəkinin azad olunması tələbi ilə etiraz aksiyalarını davam etdirir.
İyunun 17-si paytaxt Abucanın Şehu Şaqari rayonunda küçələrə çıxan etirazçılar, həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.
Şeyx Zəkzəki tərəfdarları mitinqdə, həmçinin Nigeriyada, xüsusilə Katsina, Zamfara, Sokoto, Borno və Cənubi Kadunada artan qətllər və təhlükəsizliklə bağlı vəziyyəti də qınayıblar.
Deyerler.org