"Baghdad-Times" informasiya agentliyinin verdiyi xəbərə görə, hadisə ötən gün (Şənbə, 6 İyul 2020) axşam saatlarında Bağdadda baş verib.
İraqın daxili işlər nazirliyinin sözçüsü Səd Məin deyib: İki ədəd motorsikletə minmiş naməlum silahlı şəxslər Ziyunə rayonunda Hişam əl-Haşimini evinin önündə baş və sinəsindən güllə ilə vurublar.
Təhlükəsizlik mənbələrinin verdiyi xəbərə görə, Hişam əl-Haşimi hadisədən sonra İbnun-Nəfis xəstəxanasına çatdırılsa da yaralarının ağırlığından həyatda qala bilməyib.
Qeyd edək ki, 47 yaşlı Hişam əl-Haşimi ölkənin siyasi məsələləri və radikal qruplaşmalarla iş üzrə təhlükəsizlik təhlilçisi idi. Onun bu silahlı radikal qruplaşmalarla bağlı müxtəlif araşdırmaları nəşr edilmişdi. /3909079