IQNA

İstanbulda Ayasofya məscidinin açılış mərasimi keçirilib və ilk Cümə namazı qılınıb - Foto

15:40 - July 24, 2020
Xəbər sayı: 3487721
İstanbulda Ayasofya məscidinin açılış mərasimi keçirilib. İstanbul və Türkiyənin bir çox vilayətindən gələn sakinlər səhər saatlarından Ayasofya məscidinə axın edib.

İstanbulda Ayasofya məscidinin açılış mərasimi keçirilib. İstanbul və Türkiyənin bir çox vilayətindən gələn sakinlər səhər saatlarından Ayasofya məscidinə axın edib. 

Ayasofiya came kilsəsi 900 il xristianlara aid olub. Osmanlının İstanbulu fəthindən sonra 500 il məscid kimi fəaliyyət göstərib. 1934-cü ildə Atatürkün fərmanı ilə muzeyə çevirilib. O fərmandan 86 il sonra burada ilk dəfə cümə namazı qılınıb. 

İstanbulun tarixi bölgəsində baş verənlər onlarla yerli və xarici KİV-lər tərəfindən işıqlandırıblar. 

Türkiyə bayraqlarını əllərində tutan insanlar "Allah böyükdür - zəncirlər qırıldı", "Ayasofya yenidən açıldı" və s. şüarlar səsləndiriblər.

Namazda iştirak etmək istəyənlərin sayını nəzərə alaraq, məscidin yaxınlığında 5 ərazi ayrılıb.

Möminlər polis nəzarətindən keçərək Sultan Əhməd Meydanına toplaşıb. 17 min polis məmuru təhlükəsizliyin təmin edilməsi üçün bölgəyə cəlb edilib.

Cümə namazında prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Tədbir Türkiyə Diyanət İşləri Başçısı Əli Erbaşın çıxışı ilə sona çatıb. /3912216

حضور مردم ترکیه برای اقامه نخستین نماز در ایاصوفیه + عکس
 
captcha