Finlandiyanın Helsinki şəhərindəki Əhli-Beyt (ə) sevdalıları Aşura faciəsini hüznlə yad etmək üçün şəhərin Əhli-Beyt (ə) İslam mərkəzində keçirilən matəm məclislərinə fəal şəkildə qatılırlar.
Məhərrəm-Səfər əyyamı münasibətilə İslam Mərkəzində xüsusi hazırlıqlar həyata keçirilib. Xətiblər insanların İmam Hüseynin (ə) Kərbəla məktəbindən dərs almaları üçün söhbətlər edir. Daha sonra məsciddə mərsiyələr və novhələr oxunub.