IQNA

Gürcüstanda məhdudiyyətlər qayıdır: Toy və yaslar qadağan edildi

18:12 - September 09, 2020
Xəbər sayı: 3488072
Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilməsi qərarı qəbul edilib. Bu barədə Gürcüstan hökumət administrasiyasının başçısı Natiya Mezvrişvili məlumat verib.

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar Gürcüstan rəhbərliyi bir sıra məhdudiyyətlər tətbiq etmək qərarı qəbul edib.

Bu barədə Gürcüstan hökumət administrasiyasının başçısı Natiya Mezvrişvili məlumat verib.

Bir neçə gün öncə biz teatr və kinoteatrlardan məhdudiyyətlərin götürüləcəyi və onların açılacağını elan etdik, lakin, epidemioloji vəziyyəti nəzərə alaraq, bu obyektlərin açılışı 1 ay sonraya saxlamaq qərarı qəbul etdik”, – deyə o bildirib və bağça və əyləncə mərkəzləri ilə də bağlı oxşar qərarın qəbul edildiyini əlavə edib.

Bundan başqa, 10 sentyabrdan ölkədə ad günü, toy, şənlik və digər dini mərasimlərin keçirilməsi qadağan edilir.

İctimai tədbirlərin həm qapalı məkanda, həm də açıq hava keçirilməsi qadağan edilir.

Sabahdan bu sosial tədbirlər qadağan ediləcək, biz əvvəlki məhdudiyyətlərə geri dönəcəyik, toy, yas və doğum günləri tədbirlərinin keçirilməsinə olan qadağa nəzərdə tutulur. Bu məhdudiyyət artıq qapalı məkanlarda qüvvədədir, lakin sabahdan açıq məkanlara da şamil ediləcək”, – deyə o bildirib.

Sabahdan 200-dən artıq insanın iştirakı ilə mədəniyyət və idman tədbirlərinin də keçirilməsi qadağan edilir.

Onun sözlərinə görə, bu qaydalara əməl etməyənlərə qarşı müvafiq sanksiyalar nəzərdə tutulub və cəmiyyət yüksək vətəndaş məsuliyyəti sərgiləməlidir.

Həmçinin məktəblərdə səhər tamaşaları və bayram tədbirlərinin də keçirilməsi məsləhət görülmür.

Mezvrişvili deyib ki, vətəndaşlar sosial məsafəni gözləməli və qoruyucu maska taxmalıdırlar.

Xatırladaq ki, məhdudlaşdırıcı addımların atılmasına səbəb son günlər ölkədə koronavirusa yoluxma hallarının artmasıdır.

captcha