IQNA

Təbriz Qubernatorluğu rus kamazlarının İran-Ermənistan sərhədində saxlanıldığını bildirib

10:40 - October 04, 2020
Xəbər sayı: 3488274
İranın Şərqi-Azərbaycan əyaləti Qubernatorluğu son günlərdə sosial şəbəkələrdə görüntüləri yayımlanan və Ermənistan istiqamətdə aparıldığı deyilən rus kamazları məsələsinə münasibət bildirib.

İranın Şərqi-Azərbaycan əyaləti Qubernatorluğu son günlərdə sosial şəbəkələrdə görüntüləri yayımlanan və Ermənistan istiqamətdə aparıldığı deyilən rus kamazları məsələsinə münasibət bildirib.

SalamNews BBC.Farsi-ə istinadla xəbər verir ki, bu barədə Şərqi-Azərbaycan əyaləti qubernatorunun müavini Əlyar Rastqu açıqlama verib.

Bildirilib ki, sosial şəbəkələrdə görüntüləri yayımlanan yük maşınları Ermənistanın Rusiyadan aldığı nəqliyyat vasitələridir.

Əlyar Rastqu bildirib ki, bu yük maşınları heç bir hərbi təchizata malik olmayıblar.

O eyni zamanda bildirib ki, “hər hansı bir anlaşılmazlıq və sui-istifadə olmasın deyə həmin yük maşınlarının Nurduz keçidindən Ermənistana keçməsinə icazə verilməyib.”

Rastqu əlavə edib ki, bu yük maşınları sərhəddə depo edilib və onların üzərində lazımi araşdırmalar aparılacaq və sonra qərar veriləcək.”

Teqlər: iran ، hərbi kamaz ، sərhəd
captcha