IQNA

Gürcüstan Müdafiə Nazirliyi Qurani-Kərimi gürcü dilinə tərcümə etdirib

0:10 - November 01, 2020
Xəbər sayı: 3488517
Gürcüstanın Müdafiə Nazirliyi müsəlman hərbçilər üçün Qurani-Kərimi gürcü dilinə tərcümə etdirib. bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi hacı Ramin İgidov məlumat verib.

Gürcüstanın Müdafiə Nazirliyi müsəlman hərbçilər üçün Qurani-Kərimi gürcü dilinə tərcümə etdirib. bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi hacı Ramin İgidov məlumat verib.

Onun sözlərinə görə, GMİ ilə əməkdaşlıq çərçivəsində çap olunan kitabı ərəb dilindən gürcü dilinə idarənin əməkdaşı, ilahiyyatçı Rezo Mikeladze çevirib.

GMİ bu təşəbbüsə və müsəlman hərbçilərin dini hüquqlarının qorunması sahəsindəki işlərinə görə nazirliyə təşəkkür edib.

R. İgidov deyib ki, 5 il bundan öncə Gürcüstan Müdafiə Nazirliyinin təşəbbüsü ilə müsəlman əsgərlərin xidmət etdikləri hərbi hissələrdə gündəlik namaz, həmçinin Cümə və Bayram namazlarının qılınması üçün xüsusi ibadət yerləri yaradılıb. /3932265

 

captcha