IQNA

0:03 - November 30, 2020
Xəbər sayı: 3488744
Tehran (IQNA) -  Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan ötən gün (29 Noyabr 2020) Fələstin milləti ilə beynəlxalq həmrəylik günü münaribəti ilə çıxış edib.

Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan ötən gün (29 Noyabr 2020) Fələstin milləti ilə beynəlxalq həmrəylik günü münaribəti ilə çıxış edib.

O deyib: Türkiyə bütün beynəlxalq ictimaiyyətdə Qüdsün müdafiəsi məsələsini təqib edir. Türkiyə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin ölkəsinin qurulması üçün mübarizəni davam etdirir və bu mübarizə Fələstin millətinin əleyhinə baş verən ədalətsizlik və işğalın sonuna qədər davam edəcək.

Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan İstambulun "Qüdsü sevənlər birliyi"in yeni ofisinin açılışında iştirak edənlərə xitab edərək deyib: Biz bütün gücümüzlə Fələstinli qardaşlarımızın əleyhinə yürüdülən ədalətsizlik, işğalçılıq və soyqırıma son verməyə çalışırıq.

Ərdoğan vurğulayıb: Biz 1967-ci ilin sərhədləri çərçivəsində paytaxtı Qüds olan müstəqil və vahid bir Fələstin dövlətinin qurulması üçün BMT-nin qətnaməsi əsasında mübarizə edirik.  

Türkiyə prezidenti Qüdsü İslam ümmətinin iftixarı hesab edərək öz xalqından öz canları ilə də olsa Qüdsün hüquqlarını müdafiə etmələrini istəyib və İslam dünyasına xitab edərək deyib: Biz ixtilaflarımızı kənara qoymalı və müştərək İslami kimliyimiz ilə müqəddəslərimiz əleyhinə olan təcavüzə qarşı çıxmalıyıq. /3938168

Teqlər: Qüds ، Ərdoğan ، Fələstin
Ad:
E-poçt:
* Comment:
* captcha: