IQNA

İndoneziyada terrorçuların “mənəvi atası” həbsxanadan çıxdı

20:14 - January 09, 2021
Xəbər sayı: 3489009
2011-ci ildə İndoneziyada 15 il həbs cəzasına məhkum edilən “Əl-Qaidə”yə bağlı “Cəmaə İslamiyə” təşkilatının dini rəhbəri Əbu Bəkr Bəşir vaxtından əvvəl azadlığa buraxılıb.

2011-ci ildə İndoneziyada 15 il həbs cəzasına məhkum edilən “Əl-Qaidə”yə bağlı “Cəmaə İslamiyə” təşkilatının dini rəhbəri Əbu Bəkr Bəşir vaxtından əvvəl azadlığa buraxılıb.

Az.shafaqna.com “Aljazeera”ya istinadla xəbər verir ki, o, cümə günü sübh namazından dərhal sonra Yava adasındakı “Qununq Sindur” həbsxanasından azad edilib. Onun belə erkən saatlarda zindandan buraxılmasına səbəb isə Bəşirin tərəfdarlarının kütləvi qarşılanma mərasimi keçirməsinə mane olmaqdır.

82 yaşlı Əbu Bəkr Bəşir İndoneziyanın Açex əyalətində terrorçuların təlim düşərgələrinin yaradılmasına göstərdiyi dəstəyə görə məhkum edilmişdi. Həmçinin o, 2002-ci ildə Bali adasında təşkil edilən silsilə partlayışların “mənəvi atası” hesab olunur. “Cəmaə İslamiyə” təşkilatının həyata keçirdiyi sözügedən terror aktları zamanı 200-dən çox insan həlak olmuşdu.

Ekspertlərin rəyinə əsasən, 82 yaşlı Bəşirin əqidəsində həbsxanada keçirdiyi illər ərzində heç bir dəyişiklik baş verməyib. Onlar bildirirlər ki, azadlığa çıxdıqdan sonra o, yenə də təkfirçilik ideologiyasını yaymağa davam edəcək.

captcha