IQNA

İngiltərədəki məscid ac insanların dadına yetir

23:05 - February 08, 2021
Xəbər sayı: 3489227
Böyük Britaniyanın Bristol şəhərində yerləşən məscid pandemiyadan ən çox əziyyət çəkmiş və buna görə də “acqarına yatmaq məcburiyyətində qalan” insanlara ərzaq yardımı edir.

Böyük Britaniyanın Bristol şəhərində yerləşən məscid pandemiyadan ən çox əziyyət çəkmiş və buna görə də “acqarına yatmaq məcburiyyətində qalan” insanlara ərzaq yardımı edir.

Ötən həftə “İston Camia” məscidi qaçqınlara kömək edən “Borderlands” təşkilatı ilə həmkarlıq çərçivəsində ehtiyacı olanlara ərzaqın çatdırılmasını təşkil edib.

Məscid sədri Əbdül-Malikin sözlərinə görə, sözügedən məscid cəmiyyətin ehtiyaclarına hər zaman ilk reaksiya verənlərdən biridir.

Biz bilirik ki, bir çox insan isitmə sistemi və isti yemək ödənişləri arasında seçim etmək məcburiyyətindədir, buna görə də məscid bu soyuq günlərdə yüksək isitmə sistemi ödənişləri ilə üzləşən insanlara təcili yardım fondunu təsis edib”, – deyə o qeyd edib. /şəfəqna

captcha