IQNA

Avstraliyanın İslami muzeyinin heyrətləndirici memarlığı - Foto

10:04 - February 13, 2021
Xəbər sayı: 3489262
Tehran (IQNA) -  Avstraliyanın Melburn şəhərinin İslami Eksponantlar Muzeyi hər şeydən öncə xüsusi müasir memarlıq üslubu ilə turistlərin diqqətini özünə cəlb edə və marağını çəkə bilib.

Tehran (IQNA) -  Avstraliyanın Melburn şəhərinin İslami Eksponantlar Muzeyi hər şeydən öncə xüsusi müasir memarlıq üslubu ilə turistlərin diqqətini özünə cəlb edə və marağını çəkə bilib.

Avstraliyanın Melburn şəhərinin Tornberri rayonu ərazisində yerləşən bu muzey 2010-cu ildə müsəlman QHT-nin fondları tərəfindən tilildi.

Muzeyin tikintisinə xərclənən 10 milyon dolların təkcə 20 faizə yaxınını Avstraliya dövləti öhdəsinə götürmüş və əsas xərc müsəlman sərmayədarların öhdəsinə düşmüşdü.

Avstraliya İslami Muzeyi müsəlmanların və İslamın müxtəlif sivlizasiya və mədəniyyət dövrünü və sahələrini əks etdirən bir neçə qalariyadan ibarətdir.

Muzeyin bir bölməsində İslamın əsas prinsipləri, namaz, oruc, həcc, cihad və şəriət kimi məfhumların dəqiq mənası ziyarətçilərə izah edilir. Hansiki qərb ölkələrində bu termin və məfhumlar çox vaxt yanlış başa düşülür.

Ziyarətçilər müsəlmanların dini ayinlərinin necə yerinə yetirildini müşahidə edir, o cümlədən muzeydə qoyulmuş minarədən azan səsini eşidə bilirlər.

Muzeyin digər bir bölməsində Peyğəmbərin (s) həyat tərzi, yaşadığı mühit və digər peyğəmbərlərin dastanlarını və müsəlmanların müxtəlif elmlərdə əldə etdikləri nailiyyətlərini ehtiva edən kataloqlar mövcuddur.  

Digər bir bölmədə isə Avstraliyada yaşayan müsəlmanların müasir incəsənət işləri və həmçinin dünyada müasir İslami binaların memarlıq nümunələri nümayiş olunur. /3952574

VİDEO

موزه اسلامی استرالیا و ساختمان خاص و منحصر به فرد آن + ویدئو

 

موزه اسلامی استرالیا و ساختمان خاص و منحصر به فرد آن + ویدئو

 

موزه اسلامی استرالیا و ساختمان خاص و منحصر به فرد آن + ویدئو

 

موزه اسلامی استرالیا و ساختمان خاص و منحصر به فرد آن + ویدئو

 

captcha