IQNA

İraq hərbi hava qüvvələri İŞİD-in mövqelərinə zərbə endirib

15:11 - March 04, 2021
Xəbər sayı: 3489395
İraqdakı Birgə Əməliyyatlar Komandirinin müavini general-leytenant Əbdül Əmir əl-Şəmmari, martın 3-ü terrorçuların qalası hesab edilən bölgədə böyük təhlükəsizlik əməliyyatının başladığını elan etdi.

İraqdakı Birgə Əməliyyatlar Komandirinin müavini general-leytenant Əbdül Əmir əl-Şəmmari, martın 3-ü İraqın üç vilayətinin arasında yerləşən və terror qruplaşmasının qalıqlarının qalası hesab edilən bölgədə böyük təhlükəsizlik əməliyyatının başladığını elan etdi. “Bu gün Kərkük vilayətinin cənub hissəsini və Səlahəddin və Diyalə vilayətlərinin ("ölüm üçbucağı" kimi tanınan) hissəsində axtarış aparmaq və təmizləmək üçün böyük bir əməliyyat başladıldı”, - Əl-Şammari qeyd edib.

Bu əməliyyat ordu, çevik hərəkətə keçmə qüvvələri, doqquzuncu briqada, Həşd Şəbi, Hərbi Hava Qüvvələri və beynəlxalq koalisiyanın iştirakı ilə terrorçuları zərərsizləşdirmək və bölgələrdə təhlükəsizlik və sabitlik yaratmaq üçün keçirilir. Əməliyyatın başlamasından bir saat sonra, İraq təhlükəsizlik xidməti “F-16” qırıcılarının Səlahəddinin şimal hissəsi ilə Kərkükün cənub-qərb hissəsi arasında İŞİD qalıqlarının sığınacaqlarına qarşı 10 zərbə endirdiyini açıqladı. Birgə Əməliyyat Komandanlığının nəzarəti altında İraqın “F-16” qırıcıları, dünən (3 mart) Səlahəddin və Kərkükün cənub-qərbi arasındakı qapalı bölgəyə qarşı bir neçə hava hücumu təşkil edərək, terrorçuları məhv etdi. /iqna

captcha