IQNA

İmam Rzanın (ə) hərəmində qara bayraqlar asıldı - Foto

11:35 - March 08, 2021
Xəbər sayı: 3489420
Bu axşam, 8 Mart 2021-ci il, Həzrət İmam Musa Kazimin (ə) şəhadət gecəsidir. O Həzrətin (ə) şəhadəti münasibətilə İmam Rzanın (ə) hərəminin günbəzində qara bayraq yüksəldildi.
Əhli-Beytin (ə) yeddinci nuru İmam Museyi Kazımın (ə) müsibətli şəhadətinin növbəti ildönümünün yaxınlaşması münasibətilə İranın Məşhəd şəhərində İmam Rzanın (ə) hərəminin günbəzində qara bayraq yüksəldilib.
İmam Museyi Kazım (ə) hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək, şəhadət məqamına yüksəlib.
İmam Museyi Kazımın (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibətilə sabah İmam Rzanın  (ə) hərəminin İmam Xomeyni adına səhnində  əzadarlıq məclisi təşkil olunacaq.
 

 

 

Teqlər: imam kazim ، İmam rza ، hərəm ، kazimeyn
captcha