Səudiyyə Ərəbistanı yeni Ümrə sezonu ərzində zəvvarların sayı ilə bağlı konkret bir məhdudiyyətin olmadığını elan edib.
Bu barədə krallığın Həcc və Ümrə nazirinin müavini Əbdül-Fəttah Məşhat məlumat verib.
O qeyd edib ki, rəqəm ehtiyat tədbirlərinin tələblərinə zidd olmamalıdır.
Nazirlik bəyan edib ki, Ümrə ziyarətini yerinə yetirmək istəyən hər kəs krallıq tərəfindən təsdiq edilmiş vaksinlə peyvənd olunmalıdır.
Xatırladaq ki, yeni Ümrə mövsümü xarici zəvvarlar üçün 10 avqustda başlayacaq. /iqna