IQNA

Şotlandiya müsəlmanlarının 75 faizi islamofobiyadan əziyyət çəkir

12:36 - August 08, 2021
Xəbər sayı: 3490464
"The Runnymede Trust"in araşdırmaları göstərir ki, Şotlandiyada müsəlmanların 75 faizi islamofobiyadan, irqi, dini və mədəni ayrıseçkilikdən əziyyət çəkirlər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslamofobiya ilə mübarizə təşkilatı olan "The Runnymede Trust" araşdırma mərkəzinin tədqiqatlarını nəticəsi göstərib ki, Şotlandiyanın baş naziri Nicola Ferguson Sturgeon‎"nin ölkəsində irqçilik və islamofobiyanın və əqidə azadlığı barədə problemlərin olmaması barədə iddiaları əsassızdır.

"The Runnymede Trust"in araşdırmaları göstərir ki, Şotlandiyada müsəlmanların 75 faizi islamofobiyadan, irqi, dini və mədəni ayrıseçkilikdən əziyyət çəkirlər.

Araşdırmanın nəticəsində məlum olub ki, Şotlandiyada dini və milli azlıqlar ayrıseçkiliyə məruaz qalır, hətt səhvən müsəlman kimi təqdim edilən qeyri-müsəlmanlar belə islamofobiyanın qurbanına çeviriliblər.

İslamofobiya ilə mübarizə təşkilatlarının bəyaniyyəsində deyilir ki, ayseçikliyə və zorakı hallara məruz qalanların çoxu müsəlman qadınlardır. İsticami yerlərdə müsəlman qadınlara qarşı daha çox "söz"lə hörmətsizlik olunur.

Araşdırmaların nəticələrində bu da vurğulanıb ki, kütləvi informasiya vasitələri və sosial şəbəkələr İslamofobiyanın yayılmasında mühüm rol oynayırlar.

Araşdırmaların nəticəsi əsasında verilən bəyanatda aidiyyatı üzrə təşkilatlardan tələb edilib ki, islamofobiya ilə mübarizə üçün daha ciddi addımlar atılsın və müsəlmanlara daha əhəmiyyətli vəzifələrdə yer verilsin. / iqna

captcha