IQNA

İstifadəsiz kilsə məscidə çevrildi

8:52 - September 28, 2021
Xəbər sayı: 3490836
Toronto və ətrafında yaşayan uğyurlar “Maunt Karmel” adlı tarixi kilsəni alaraq məscidə çeviriblər. Məbəd binası 610 min Kanada dollarına müsəlmanlar tərəfindən alınıb.

Toronto və ətrafında yaşayan uğyurlar “Maunt Karmel” adlı tarixi kilsəni alaraq məscidə çeviriblər.

Məbəd binası 610 min Kanada dollarına müsəlmanlar tərəfindən alınıb.

Sözügedən kilsə 1873-cü ildə inşa edilib və uzun müddət istifadəsiz qalıb. Bura məscidə çevrildikdən sonra İslami Mədəniyyət Mərkəzi adını daşımağa başlayıb.

Kanada Uyğurları Assosiyasiyasının Baş direktoru Etibar Artış deyib ki, burada camaat namazları ilə yanaşı sosial işlər də həyata keçiriləcək.

Toronto və ətrafında yaşayan uyğur icması uzun zaman idi ki, ibadət və ictimai fəaliyyətlə məşğul olmaq üçün məkan axtarışında idi.

“Biz burada eyni zamanda həm ibadət edəcək, həm də uşaqlarımıza təhsil veəcəyik. Bu məkandakı fəaliyyət gənc nəslə Qərb mədəniyyətində assimilyasiya olmamaq kömək edəcək”, – deyə qeyd edilib.

Əlavə edilib ki, burada onların böyüməkdə olan övladları milli adət-ənənələrlə tanış ediləcəklər.

Kilsənin keçmiş pastoru Robin Uilki də açılış da iştirak edib.

captcha