IQNA

Kəbənin 40 illik işçisi arzusunu açıqladı

16:27 - September 28, 2021
Xəbər sayı: 3490844
Pakistandan olan Əhməd Xan Kandal 1983-cü ildə 23 yaşında olarkən Məkkəyə köçüb və ömrünün növbəti 40 ilini burada – Məscidül-Həramda təmizlik işçisi olaraq keçirəcəyinə heç vaxt inanmazdı.

Pakistandan olan Əhməd Xan Kandal 1983-cü ildə 23 yaşında olarkən Məkkəyə köçüb və ömrünün növbəti 40 ilini burada – Məscidül-Həramda təmizlik işçisi olaraq keçirəcəyinə heç vaxt inanmazdı.

O, ailəsinə deyirdi ki, mümkün qədər tez qayıdacaq. Lakin Məkkədə işləmək onu o qədər ruhlandırdı ki, geri dönə bilmədi.

İllər çox tez keçdi və hazırda müsəlmanın kişinin 61 yaşı və o, Böyük məsciddə təmizlik işlərinə rəhbərlik edir.

“Böyük məsciddə xidmət edə və ibadət edə bilirəm. Mən həmişə Müqəddəs Kəbənin yanında olmuşam”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bu, hər adama qismət olmur və onun bəxti gətirib ki, onillərdir bu işlə məşğul ola bilir.

Onun iki oğlu və bir qızı var.

Əhməd Xan deyib ki, arzusu ömrünün ən gözəl illərini keçirdiyi Məkkədə dəfn olunmaqdır. / Şəfəqna

Teqlər: pakistan ، kəbə ، məscid ، məkkə
captcha