IQNA

Fransada müsəlman məzarlığı vandalların hücumuna məruz qaldı

12:50 - December 15, 2021
Xəbər sayı: 3491374
Fransanın Müluz şəhərindəki müsəlman məzarlığı vandallarıın hücumuna məruz qalıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Fransanın Müluz şəhərindəki müsəlman məzarlığı vandallarıın hücumuna məruz qalıb.

Şəhər meri Mişel Luts islamofob aktı pisləyib.

Polis faktla bağlı araşdırma başladıb.

Fransa İslam Şurası hücumu qəti şəkildə pisləyib və ölkə rəhbərliyini caniləri tapmağa çağırıb.

Qeyd edək ki, vandalizm aktı nəticəsində onlarla müsəlman qəbri dağıdılıb.

 

captcha