IQNA

Qurani-Kərimin çoxdilli proqramı Səudiyyə Ərəbistanında istehsal edilib

20:08 - December 15, 2021
Xəbər sayı: 3491380
Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi, smartfon telefonlar üçün "Vərş" rəvayətinə əsasən çoxdilli Quran proqramının hazırlandığını bildirib.

"İQNA", "Həmrin News"-a istinadən xəbər verir ki, İslam İşləri Nazirliyinin elanına və Səudiyyə Ərəbistanının Mədəniyyət və İrşad nazirliyinin dəvətinə əsasən, bu Quran proqramı, Mədinədə Qurani-Kərim Nəşriyyat Dərnəyi tərəfindən hazırlanıb. Apple, Windows və Android əməliyyat sistemləri tərəfindən dəstəklənir.

Bu xəbərə görə, Vərş rəvayətinə əsasən olan bu Quran proqramı, bu qiraətlə Quran oxuyan bəzi müsəlmanların ehtiyaclarına cavab olaraq ağıllı cihazlar üçün hazırlanmışdır.

Bu proqram, Ərəb dilindən əlavə üç dili də dəstəkləyir: İngilis, Fransız və İspan.

4021040

captcha