IQNA

Kanadada hicablı müəllimənin ixrac edilməsinə reaksiya

16:52 - December 17, 2021
Xəbər sayı: 3491392
İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə rəis müavini və insan haqları qərargahının katibi Kanada hökumətindən Kvebek ştatının dövlət məkanlarında hicab və dini əlamətlərdən istifadəyə qarşı qadağa qanununu ləğv etməsini istəyib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-nin məlumatına əsasən xəbər verir ki, Kazım Qəribabadi bir tvittdə Kanadanın Kvebek ştatının şəhərlərindəki məktəblərdən birində üçüncü ibtidai sinfin iranlı müəlliməsi Fatimə Ənvərinin ixracına reaksiya verib və Kanadanın federal hökumətindən məsələyə qarışmasını istəyib.

Qəribabadi bu mesajda vurğulayıb: Xanım Ənvərinin ixrac edilməsinə qarşı geniş etirazlara və bu ayrı-seçkilik qanunu ilə mübarizə aparan insanların etiraz səslərinə əsasən, Kanadanın federal hökuməti məsələyə qarışmaqla bu ştatın dövlət məkanlarında hicab və dini əlamətlərdən istifadəyə qarşı qadağa qanununu ləğv etməlidir.

captcha