IQNA

Rusiya müsəlman qadınlarının hicaba baxışları

15:18 - December 19, 2021
Xəbər sayı: 3491403
Rusiyalı müsəlman qadınlar daha çox müsəlman əhalisi olan bəzi şəhərlərdə hicab taxmağın digər şəhərlərə nisbətən daha asan olduğunu deyirlər.

"İQNA", "Eurasia Review"-a istinadən xəbər verir ki, Rusiyalı müsəlman qadınlar Rusiyanın paytaxtında hicab taxmağın müsəlmanların az olduğu Sankt-Peterburq kimi şəhərlərə nisbətən daha asan olduğunu deyirlər.

"Daptar" İslam saytından dörd Moskva müsəlmanı ilə danışan Katira Dikova, Rusiya paytaxtının sakinləri nadir hallardan başqa hallarda hicaba pis baxmırlar. Yaxud hətta maraqla baxaraq İslam və İslam adət-ənənələri ilə maraqlanırlar.

Uzun illər paytaxtda bərbər işləyən Karolina Pavlovskaya deyir ki, hicab taxacağı surətdə, işini itirəcəyindən həmişə narahat olub. Amma bu baş vermədi. Yalnız bir dəfə onun başına xoşagəlməz hadisə gəlib ki, polis ona əziyyət edib. Amma o vaxtdan bəri onun başqa problemi olmayıb.

Soyadını açıqlamayan Moskvada yaşayan digər müsəlman xanım Ülvina cəmi bir neçə aydır hicab taxdığını deyib. O, indiyədək hicab geyindiyi üçün problemi olmayıb. Onun fikrincə, buna səbəb paytaxtda çoxlu sayda müsəlmanın yaşaması və insanların hicaba öyrəşməsidir. Onun sözlərinə görə, üzləşdiyi ayrı-seçkilik qeyri-slavyan siması olan hər kəsin əziyyət çəkə biləcəyi bir şeydir.

Digər müsəlman qadın epidemiyanın başlaması ilə hicab geyinməyə başladığını deyir. Bir çox insan Koronadan qorunmaq üçün üzlərini bağladığı üçün onun hicabına diqqət çəkənlər azdır. O, bir dəfə problemlə qarşılaşdığını deyir. O da, müsəlmanların sayı az olan Sankt-Peterburq şəhərində olub.

4021887

captcha