"İQNA", "Friday Times"-a istinadən xəbər verir ki, 70 min yeni ərəb dili müəllimi Pəncab əyalətindəki məktəblərdə 1-5-ci siniflərə Quran dərsi vermək üçün işə götürülüb.
Pəncab Hökumətinin Təhsil idarəsi (SED) tərəfindən təqdim edilən bu təklif Pəncabın baş naziri Osman Buzdar tərəfindən təsdiqlənib.
Qurani-Kərimin və İslam dərslərinin tədrisi 2021-ci ilin avqustunda Pakistanın Baş naziri İmran Xan hökuməti tərəfindən təsdiqlənib və ölkə daxilində həyata keçirilir. Lahor Ali Məhkəməsi də Pəncabda Quranın məcburi tədrisini təsdiqləyib.
4024565