IQNA

Fələstin İmam camaatları Misirdə olublar

23:23 - February 07, 2022
Xəbər sayı: 3491699
Fələstin İmam camaatları Beynəlxalq Vəqflər Akademiyasının iştirakı ilə təlim almaq üçün Misirə gediblər. Onlar İmam Hüseyn (ə) və Əl-Əzhər məscidlərini ziyarət ediblər.

"İQNA", "Əl-Vifd"-ə istinadən xəbər verir ki, Səfərdən sonra Fələstin İmam camaatları dəfələrlə eşitdikləri bu tarixi yerləri ziyarət etməkdən xoşbəxt olduqlarını bildiriblər. Onlar Misir Vəqflər Nazirliyinə birgə təlim kursunda həm elmi, həm də mədəni ölçülərdə fövqəladə proqramların həyata keçirilməsinə görə təşəkkür ediblər.

Qahirədə İmam Hüseyn (ə) məscidi Fatimilər xilafəti dövründə tikilib. O, şəhərin ən böyük və ən möhtəşəm məscidlərindən biridir.

Bu məsciddə Rəsül-Hüseyn (ə) adlı bir yer var ki, bəzilərinə görə İmam Hüseynin (ə) pak başının dəfn yeridir.

4034651

captcha