IQNA

Nobel Sülh mükafatçısı Hindistanda hicablı qadınlara dəstək verib

10:36 - February 10, 2022
Xəbər sayı: 3491718
Nobel Sülh mükafatçısı Məlalə Yusufzay, hicablı qadınları dəstəkləməklə Hindistanda qadınlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb.

"İQNA", "Free Press Journal"-a istinadən xəbər verir ki, 2014-cü ildə Nobel Sülh mükafatı alan və qadın hüquqları müdafiəçisi Məlalə Yusufzay, Hindistan liderlərini Karnataka əyalətində müsəlman qadınların hicab geyinmələrinə görə kənarlaşdırılmalarına son qoymağa çağırıb.

Hicab məsələsi yanvar ayında Karnataka əyalıtinin Odenopi şəhərindəki PU Dövlət Kollecində başlayıb. Orada hicablı altı tələbədən kolleci tərk etmələri istənilib.

İndi bu məsələ əyalətin müxtəlif bölgələrinə yayılıb. Hindu gəncləri ifrat sağçıların dəstəyi ilə hicaba etiraz edirlər.

Baş verənlərə reaksiya verən Məlalə Tvitter hesabında bunları yazıb: "Hicablı qızların məktəbə gəlməsinin qarşısını almaq dəhşətdir. Hindistan liderləri müsəlman qadınları kənarlaşdırmaqdan əl çəkməlidirlər."

4035106

captcha