"İQNA", "Yahoo Entertaiment"-ə istinadən xəbər verir ki, filmin rejissoru, keçmiş yanğınsöndürən Meq Smaker 5 ildir ki, bu layihə üzərində işləyir.
Cihad Rehab keçmiş Əl-Qaidə ekstremistlərinin cəmiyyətə qayıtmaq üçün Səudiyyə Ərəbistanındakı bir mərkəzdə reabilitasiya edilməsindən bəhs edir.
Sənədli filmin yaradıcısı Meq Smaker bunu stereotiplərə qarşı çağırış kimi qiymətləndirib. Digərləri isə buna qarşı çıxıb və filmi islamofob adlandırıb.
Filmin adında cihaddan, terror mənasında istifadə edilib.
"IndieWire" daha əvvəl bildirmişdi ki, yanvar ayında bir qrup müsəlman amerikalı kinorejissor Sundance Film Festivalının direktoruna ABŞ sənədli film müsabiqəsinin bir hissəsi olan filmlə bağlı narahatlığını bildirən məktub göndərmişdi.
4035365