"İQNA", xəbər verir ki, bu mərasimdə Tibyan məktəbinin şagirdləri və müəllimləri Əli Ramazan Əl-Əvsi üçün şam yandıraraq, Quran tilavət ediblər. Həmçinin onun xüsusiyyətlərindən danışaraq onun xatirəsini ehtiramla yad ediblər.
Əli Ramazan Əl-Əvsi Tibyan məktəbinin direktoru idi. Quranın tədrisi sahəsində iyirmi ildən artıq xidmətləri olmuşdu.
Qeyd edək ki, Əli Ramazan Əl-Avsi Londondakı Dünya İslam Elmləri Universitetinin ustadı və Böyük Britaniyada yaşayan iraqlı Quran tədqiqatçısı idi. O, martın 7-də Londonda bir müddət xəstəlikdən yatdıqdan sonra vəfat etmişdi.
Əl-Əvsi həmişə İslam məzhəblərini bir-birinə yaxınlaşdırmağa çalışırdı. O, dəfələrlə şiə və sünnilər arasında keçirilən konfransların katibi təyin edilmişdi.
4043379