IQNA

Qum şəhərindəki şiələrin Quran icmalarının toplantısı keçirilib

17:56 - June 02, 2022
Xəbər sayı: 3492331
Cəmkəran məscidində bir qrup Quran fəalının iştirakı ilə “Quran mədəni icmalarının rəsmiləri”nin konfransı keçirilib. Höccətül-islam Məhəmməd Hacı Əbul-Qasim Dolabi bu mərasimdə deyib: "Quran insan qəlbinin dərinliklərinə nüfuz edib və insanın vücuduna qarışmayana qədər onu oxumaqdan və əzbərləməkdən ləzzət almır".

"İQNA", xəbər verir ki, Höccətül-islam Məhəmməd Hacı Əbul-Qasim Dolabi "Quran mədəni icmalarının məsul şəxsləri" adlı konfransın açılış mərasimində hafizlərə, oxuculara və Quran fəallarına müraciət edərək deyib: "İmam Sadiq (ə) buyurub: "Quranın daşıyıcısı və hafizi İslamın bayraqdarıdır. Kim ona hörmət etsə, Allaha hörmət etmiş olar. Ona hörmətsizlik edənə Allah lənət edər". Bu rəvayət Quranı daşıyanları tərifləmək üçündür.

O əlavə edib ki, Quranı həqiqi mənada daşımaq qəlblə daşımaqdır. Quran insan qəlbinin dərinliklərinə nüfuz edib və insanın vücuduna qarışmayana qədər onu oxumaqdan və əzbərləməkdən ləzzət almır. Bu konfransın Quran proqramlarında yer alan bu böyük icması Qurandan aldığınız sevgi və məhəbbət əlamətidir. Quranın sizin qəlbinizə bağlanmasının səbəbi də bu ləzzətdir. Siz Quranın daşıyıcısı və Quranın bayraqdarısınız. Quran bayraqdarlarına hörmət edən hər kəs Allaha hörmət etmişdir. Sizin məqamınız kainatın Rəbbinin məqamı ilə bağlıdır.

Hacı Əbul-Qasim qeyd edib ki, sizin yolunuz insanları hidayət etmək yolu və ilahi peyğəmbərlərin yoludur. "Cümə" surəsində belə gəlmişdir: "    Peyğəmbərin (s) missiyalarından biri də Quranı insanlara tilavət etməkdir. Siz bu gün bu rolu oynayırsınız və xalqın Allaha, Allah kəlamına sevgisinin vasitəçisisiniz.

O, vurğulayıb ki, rəvayətlərə əsasən, Quran oxunan ev nurlanır və mələklərin gedib-gəldiyi və cənnət əhli üçün ulduz kimi parladığı yerdir. Əksinə, Quran oxunmayan evlər isə şeytanın gedib-gəldiyi yerdir.

Hacı Əbul-Qasim qeyd bildirib ki, ev əhli ilə Quran arasında birbaşa əlaqə və dini maarifə doğru hərəkət var. Qurandan boş olan bir ev mütləq şeytanların gedib-gəldiyi yer və günahın çoxaldığı yer olacaqdır.

4059753

captcha