"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Şimali Bəhreyn bələdiyyəsi məlumat yayıb ki, cəmiyyətin iştirakını gücləndirmək, ekoloji dəyərlərin gücləndirilməsi haqqında ictimaiyyəti məlumatlandırmaq və onları ağacəkmədə iştirak etməyə həvəsləndirmək məqsədi ilə Aşura əzadarlarının 13-cü ağacəkmə kampaniyasına start verilib.
Şimali Bəhreyn Bələdiyyəsi bildirib ki, bu Aşura kampaniyası “Aşura, əkin mövsümü” şüarı ilə başlayıb. Xüsusi işçi qrupu məhərrəmlik əzadarlıq mərasiminə göndərilərək sözügedən layihənin icrasını öz üzərinə götürüb.
4076551