"İQNA", "İran press"-ə istinadən xəbər verir ki, Nigeriya Respublikasındakı şiə azlıq bu ölkənin paytaxtı Niameydə İmam Hüseynin (ə) Aşura mərasimini keçirib. İştirakçılar bu mərasimdə əzadarlıq edib və sinə vurublar.
Nigeriyanın qocaları, gəncləri, qadınları və uşaqları Aşura yürüşü və İmam Hüseynin (ə) əzadarlıq mərasimində izdihamlı şəkildə iştirak ediblər.
Şiə ruhanilərindən Şeyx Saleh Əhməd Lazar Niameydə keçirilən İmam Hüseynin (ə) Aşura mərasimində çıxış edərək, İslam dünyasını Fələstin xalqına qarşı törədilən cinayətlərə qarşı birləşməyə çağırıb.
4077150