IQNA

Quran nə deyir? / 47

İman çağırışını eşidənlərin duası

23:15 - March 15, 2023
Xəbər sayı: 3493861
Dəvət edən Allaha imandan danışanda elə insanlar var ki, itkinlərini onda tapıb bu dəvətə əməl edirlər. Bu əlaqə möminlərin Allahdan möminlər arasında həmrəylik istəməsi üçün əsas olur.

Quran ayələrinin bəziləri peyğəmbərlərin və saleh insanların dilə gətirdikləri duaları ifadə edir. Onlar “Rəbbəna” (Rəbbimiz) ifadəsi ilə başlayır və təfəkkür edən möminlərin öz Rəbbinə ünvanladıqları istəkləri bəyan edir.

Bu ayələrdən biri də iman mesajını eşidən və ona iman gətirənlərin sözlərindəndir. “Eşitmək” insanları doğru yola yönəltmək üçün ən təsirli üsullardan biridir. Bəzi təfsirçilər onu görməkdən və oxumaqdan da yüksək, ən təsirli yol kimi sadalamışlar.

«رَبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ»

"Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”- deyə imana çağıran bir kimsəni (Peyğəmbəri) eşidən kimi imana gəldik. Ey Rəbbimiz! Artıq günahlarımızı bağışla, pis əməllərimizin (qüsurlarımızın) üstünü ört və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!" (Ali-İmran, 193).

Təfsirçilər iman çağırışını edən şəxsin kim olması ilə bağlı bəzi mətləblər bəyan ediblər:

1- Əksər təfsirçilərin fikrincə, Həzrət Muhəmməd (s) çağırış edən şəxsdir.

2- Məqsəd Qurandır. Çünki bir çox insanlar Peyğəmbərin (s) dəvətini o həzrətin özündən eşitməyiblər, lakin bütün insanlar Peyğəmbəri (s) görməsələr də Quranı eşidiblər.

Nümunə təfsirində oxuyuruq: "Ağıl sahibləri yaradılış məqsədini əldə etdikdən sonra dərk edirlər ki, ilahi rəhbərlər olmadan bu enişli-yoxuşlu yolu heç vaxt gedə bilməzlər. Buna görə də onlar həmişə iman carçılarının (imana dəvət edənlərin) səsini eşitmək üçün intizardadırlar. Onların ilk çağırışlarını eşidənə qədər onlara tərəf tələsir, bütün qəlbləri ilə iman gətirib Rəbbilərinin hüzurunda belə deyirlər: And olsun Allaha! Bizi Rəbbimizə iman gətirməyə dəvət edən tövhid carçısının səsini eşitdik və ona inandıq."

Amma iman aşiqlərinin və imana dəvətə cavab verən və onu dinləyən müdriklərin qarşısında elə insanlar var ki, bu çağırışa məhəl qoymurlar və qiyamət günü təəssüflə deyirlər:

«لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ ما كُنَّا فِي أَصْحابِ السَّعِيرِ»

"Onlar: “Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!” -deyəcək" (Mülk, 10).

Nur təfsirində ayənin mesajları

1-Ağıllı insanlar haqqı qəbul etməyə hazırdırlar və fitrətin çağırışına cavab verməklə yanaşı, peyğəmbərlərin, alimlərin və şəhidlərin dəvətinə də cavab verirlər. «إِنَّنا سَمِعْنا مُنادِياً يُنادِي لِلْإِيمانِ ...»

2- Bağışlamaq və etiraf etmək ağılın əlamətidir.

3- İlahi əfv üçün əsas olan duanın ədəblərindən biri də ilahi tərbiyə sifətinə diqqət yetirməkdir. «رَبَّنا فَاغْفِرْ لَنا»

4- İman Allahın əfv və məğfirətini əldə etməyə zəmin yaradır.

«فَآمَنَّا، فَاغْفِرْ لَنا»

5- Dualarımızda başqalarını da şərik edək. «فَاغْفِرْ لَنا»

6- Günahları örtmək rübubiyyət cəhətlərindən və tərbiyə üsullarından biridir. «رَبَّنا ... كَفِّرْ عَنَّا»

7- İnsanın ölümü Allahın izni ilədir. «تَوَفَّنا»

8-Ağıllı və uzaqgörən insanlar yaxşılarla ölmək istəyirlər.

«تَوَفَّنا مَعَ الْأَبْرارِ»

9- Yaxşılar və salehlər, müdriklərin arzuladığı məqama sahibdirlər. «لِأُولِي الْأَلْبابِ ... تَوَفَّنا مَعَ الْأَبْرارِ»

captcha