IQNA

Qurani-Kərim İcazə Sənədlərinin Verilməsi üzrə Beynəlxalq Qurultayın Bağlanış Mərasimi Malayziyada keçirildi

19:30 - September 03, 2025
Xəbər sayı: 3498799
İQNA - Cənub-Şərqi Asiya Millətlər Birliyi (ASEAN) ölkələrinin qarilərinin təltif olunması və Qurani-Kərim icazə sənədlərinin verilməsi üzrə Beynəlxalq Qurultayın tədbirləri Kuala Lumpurda təşkil olundu.

“İQNA”-nın Qətərin rəsmi xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Dünya İslam Birliyi tərəfindən Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən Qurani-Kərim icazə sənədlərinin verilməsi və ASEAN ölkələrinin qarilərinin təltif olunması üzrə Beynəlxalq Qurultayın tədbirləri, sentyabrın 1-də (bazar ertəsi) başa çatıb.

Qurultayda bir sıra alimlər, Quran elmləri və qiraət üzrə mütəxəssislər, eləcə də Cənub-Şərqi Asiya ölkələrindən minlərlə hafiz iştirak ediblər.

Bu növdən ilk dəfə keçirilən qurultayın məqsədi Qurani-Kərim icazə sənədlərinin təsdiqi prosesində mövcud çatışmazlıqların araşdırılması, zəruri bacarıq və səriştəyə malik olmayan şəxslərə verilmiş sənədlərlə bağlı məsələlərin həlli, icazə sənədlərinin təsdiqi və araşdırılması sahəsində ixtisaslaşmış institut və mərkəzlər arasında əməkdaşlıq və inteqrasiyaya nail olunması, həmçinin təcrübə mübadiləsi idi.

Qurultay çərçivəsində beynəlxalq Qurani-Kərim icazə sənədi layihəsi istifadəyə verildi. Layihənin məqsədi Qurani-Kərim icazə sənədlərinin etibarlılıq və inandırıcılıq səviyyəsini yüksəltmək, Allahın kitabının hafizlərinin mövqeyini qorumaq üçün dəqiq metod və sabit mexanizm tətbiq etməkdir.

Dünya İslam Birliyinin baş katibi və Müsəlman Alimləri Assosiasiyasının rəhbəri şeyx doktor Məhəmməd bin Əbdülkərim əl-İsa mərasimdə çıxış edərək, bundan sonra Qurani-Kərim icazə sənədlərinin verilmə prosesində izlənəcək gedişat barədə məlumat verib.

4303047

Teqlər: quran ، hafiz ، malayziya ، qurultay ، Kuala Lumpur
captcha