IQNA

Liviya, hərbiçilərin ikinci beynəlxalq Quran Müsabiqəsinə ev sahibliyi edəcək

2:50 - December 04, 2025
Xəbər sayı: 3499336
İQNA - Hərbi qulluqçular arasında "Bünyan" adlı İkinci Beynəlxalq Quran Müsabiqəsi bu ilin Ramazan ayında Liviyada keçiriləcək.

“İQNA”-nın “Əynul-Liviya” mənbəyinə istinadən verdiyi məlumata görə, Liviyanın Baş Qərargah rəisi General-leytenant Məhəmməd əl-Həddad, bazar günü (30 noyabr) ölkədə hərbi qulluqçular arasında keçiriləcək "Bünyan" adlı İkinci Beynəlxalq və Daxili Quran Müsabiqəsinin Təşkilat Komitəsinin sədri və üzvləri ilə görüşüb.

O, hərbi personalı Quranı əzbərləməyə təşviq etməyin, müsəlman hərbçi şəxsiyyətini qurmaq məqsədilə islami dəyərlərin rolunu izah etməyin və möhkəmləndirməyin, xüsusilə də mübarək Ramazan ayında islam ölkələri arasında əməkdaşlıq ruhunu gücləndirməyin əhəmiyyətini vurğulayıb.

Əl-Həddad bildirib: "Quran müsabiqələri hərbi qurumlar üçün vacib bir vasitədir; çünki bu, hərbçiləri danışıq və davranışda Quranla əlaqələndirir və iştirakçılar arasında şərəfli rəqabət ruhunu, Allahın "Mütəffifin" surəsinin 26-cı ayəsindəki: “Qoy yarışanlar bu nemətlər üçün yarışsınlar! (Dünyada xeyir əməllərdə bir – birini ötsünlər)” (Mütəffifin, 26) kəlamına istinadən möhkəmləndirir."

Bu müsabiqə hərbi qulluqçuların islami kimliyini gücləndirmək səyləri çərçivəsində təşkil olunur və Liviya Ordusunun qarileri və həfizləri, Müdafiə Nazirliyi ilə Baş Qərargah arasında birgə əməkdaşlıq çərçivəsində, bir neçə ərəb və islam ölkəsindən olan həmkarları ilə rəqabət aparacaqlar.

Bu tədbir hərbi qurumlar daxilində islami dəyərləri gücləndirmək istiqamətində mühüm bir addımdır və hərbi personalın Quran bacarıqlarının inkişafına, onlar arasında əməkdaşlıq və ədalətli rəqabət ruhunun güclənməsinə kömək edir. Həmçinin mübarək Ramazan ayında iştirak edən ölkələr arasında mədəni və dini əlaqələrin gücləndirilməsi üçün bir körpü rolunu oynayır.

Liviyanın Müdafiə Nazirliyi və Baş Qərargahı, islami dəyərlərlə hərbi bacarıqlar arasında əlaqəni gücləndirmək, ordunun mənəvi və mədəvi cəhətlərini inkişaf etdirmək, milli və dini aidiyyətləri möhkəmləndirmək məqsədilə hərbi qulluqçular üçün nəzərdə tutulmuş "Bünyan" Quran Əzbərləmə Müsabiqəsini ilk gündən etibarən təşkil ediblər.

4320482

Teqlər: liviya ، hərbiçi ، quran ، müsabiqə
captcha