Pahant sultanı Abdullah Riayatuddin əl-Müstəfa Billah Sultan Əhməd Şah İslam Universitetinin (Unipsas) adını “Universiti Al-Quran” olaraq dəyişdirib. Bu, Malayziyada bu tipdən olan ilk universitet olacaq.
Sultan Abdullah bildirib ki, Pahantda İslamın qorunması istiqamətində səylər Quran araşdırmalarına əsaslanan bir universitet vasitəsilə daha da güclənəcək.
O vurğulayıb ki, bu addım sadəcə ad dəyişikliyi deyil, əyalətin mənəvi və intellektual inkişafını əks etdirən Quran araşdırmalarına yönəlmiş aydın bir istiqamətdir.
Sultan cümə günü Facebook səhifəsində yazıb: “Bu addım əyalətdə məqsədi açıq şəkildə göstərən tarixi bir abidə yaratmaq kimidir.”
O, həmçinin cümə axşamı Pahant əyalətinin 69-cu Quran və Hifz müsabiqəsinin bağlanış mərasimində çıxış edərək ümid edib ki, yaxın zamanda təsis ediləcəyi elan olunacaq Universiti Al-Quran Qurana dair ictimai anlayışı genişləndirəcək və ilahi vəhy elmlərində ixtisaslaşmış alimlər, vaizlər və liderlər yetişdirəcək.
Ramazan ayının yaxınlaşması münasibətilə sultan xalqı ixlas və fədakarlıqla hazırlaşmağa çağırıb və bu ayı ruhun məktəbi, insanın Yaradanla bağını gücləndirən bir zaman kimi dəyərləndirib.
Sultan vurğulayıb ki, Ramazanın gözəlliyi ehtiyacı olanlara yardım, mərhəmət və qarşılıqlı hörmətdədir ki, onun bərəkətləri hamıya çatsın.
Mərasimdə “Zülhaşimi Məhəmməd Yunis” ən yaxşı kişi qari, “Nurussaadah Məhəmməd Zeyni” isə qadınlar arasında ən yaxşı qari seçilib.
4332818