“İQNA”, “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Smotriçin oğlu Livan–işğal olunmuş Fələstin sərhədində Hizbullahın həyata keçirdiyi hərbi əməliyyat zamanı yaralanıb.
“əl‑Arabi əl‑Cədid” xəbər saytı da məlumat verib ki, sionist rejimin maliyyə nazirinin ofisi xəbəri təsdiqləyib və bildirib ki, Smotriçin oğlu Cənubi Livandakı döyüşlər zamanı yüngül şəkildə yaralanıb.
O, Livan sərhədində yerləşən “Qivəti” briqadasında xidmət edir və döyüşlərdə iştirak edərkən yaralanıb.
Bundan əvvəl sionist rejimin mediası Cənubi Livanda şiddətli toqquşmaların baş verdiyini və sərhəd yaxınlığında bir neçə partlayış səsinin eşidildiyini bildirmişdi. Bu hadisələr nəticəsində işğalçı qüvvələr arasında itkilər olduğu qeyd olunurdu.
Bu xəbərlə eyni vaxtda sionist rejimin mənbələri bildirib ki, Hizbullah tank əleyhinə raketlə İsrail ordusunun bir qrup piyada əsgərini hədəf alıb və ən azı 6 hərbçi yaralanıb; onlardan bəzilərinin vəziyyəti ağırdır.
Məlumata görə, yaralı hərbçilər helikopterlə Cənubi Livan sərhədindən işğal altındakı Fələstində yerləşən “Nahariya” xəstəxanasına aparılıblar.
4338809