IQNA

Kamala Harris: İranla müharibə, Epstein dosyesindən diqqəti yayındırmaq üçün Netanyahu tərəfindən yönləndirildi

7:56 - April 20, 2026
Xəbər sayı: 3500188
İQNA – ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris deyib ki, İranla müharibə, Epstein dosyesindən diqqəti yayındırmaq üçün Netanyahu tərəfindən yönləndirildi.

“İQNA”, “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris Miçiqan Demokrat Qadınlar Komitəsinin illik “İrs Naharında” çıxış edərək Donald Tramp administrasiyasının xarici siyasətini sərt tənqid edib.

Harris ABŞ və İsrailin İranla birgə müharibəsini “lazımsız müharibə” adlandırıb və bunu Epstein işindən diqqəti yayındırmaq üçün zəif bir cəhd kimi qiymətləndirib.

O, cinsi cinayətlərə görə məhkum edilmiş Ceffri Epsteinə işarə edərək bildirib ki, Tramp İrana qarşı hücuma başlayaraq, ABŞ ictimaiyyətinin diqqətini özünün Epstein dosyesi ilə bağlı sənədlərdən yayındırmaq istəyirdi. Harris deyib ki, bu müharibə amerikalıların gündəlik həyatının bütün sahələrinə təsir göstərir.

Harris əlavə edib:

- “O (Tramp) bir müharibəyə girdi və buna Netanyahu tərəfindən sürükləndi. Gəlin açıq danışaq: o, amerikalıların istəmədiyi bir müharibəyə başladı.” 

- “Bu müharibənin çoxsaylı nəticələrindən biri də benzinin qiymətinin artmasıdır.”

O, Tramp administrasiyasını “ABŞ tarixinin ən korrupsioner, ən qəddar və ən səriştəsiz hökuməti” adlandırıb və Trampın “hakimiyyətin nə olduğunu anlamadığını” bildirib.

Harris Trampı “özünü güclü göstərməyə çalışan, amma əslində güvənsiz bir adam” kimi təsvir edib və onun ABŞ ordusundan istədiyi kimi istifadə etməyə çalışdığını deyib.

O, Trampın dünya liderləri ilə guya apardığı dialoqu satirik şəkildə belə təsvir edib:

- “Sən Asiyanı götür, mən Qərb yarımkürəsini götürürəm, qalan nə varsa da bölüşdürərik.”

Keçmiş vitse-prezident vurğulayıb:

- “Amerikalılar oğul və qızlarının bu icazəsiz, seçmə müharibəyə göndərilməsini istəmir və mən buna qəti şəkildə qarşıyam.”

Harris Tramp administrasiyasını ABŞ-ın beynəlxalq nüfuzunu zəiflətməkdə və amerikalı hərbçiləri riskə atmaqda günahlandırıb və “yumşaq güc” və diplomatiyanın hərbi gücdən üstün tutulmasının vacibliyini qeyd edib.

4347273

Teqlər: amerika ، netanyahu ، iran ، müharibə
captcha