IQNA

Çində “Uyğur” türk müsəlmanlarına qarşı təzyiqlər artır

23:31 - July 04, 2012
Xəbər sayı: 2361389
Siyasi-İctimai qrup: Çin dövləti düşməncəsinə bir addımla bu ölkədə Uyğurlar yaşan məntəqələrdə (Şərqi Türküstan – Uyğurustan – Sinkyang) evləri araşdırmağa başlayıb.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın Cənub Şərq məntəqəsi şöbəsinin verdiyi xəbərə görə Çinin Şimal Qərbində yaşayan Uyğur müsəlmanlar çox vaxtlar dövlətin təzyiqləri altında yaşayırlar və həmişə incidilirlər.
Çin onlara öz dini və ibadi ayinlərinə azadcasına əməl etməyə maneələr yaradır. Bu siyasət yönündə iyul ayının 2-də xəbərdarsız olaraq gözlənilmədən uyğurların evlərinə axtarış yürüşü edilmişdir.
Bu xəbərə görə bu məntəqədə yalnız bir-neçə İslami mədrəsə fəaliyyət göstərir və başqa dini ayinlər (bayramlar keçirtmək, hüseyniyyələr tikmək, islami birliklər yaratmaq, əzadarlı etmək) qadağan edilmişdir.
1043523
captcha