IQNA

Qurban günü hacılar 29 milyon dəfə telefon zəngi ediblər

10:45 - August 23, 2018
Xəbər sayı: 3483717
Səudiyyə Ərəbistanın Rabitə və İnformasiya Texnologiyaları İdarəsi elan edib ki, hacılar Qurban bayramı günü 29 milyon 500 min dəfədən çox telefon zəngi ediblər.

Qurban günü hacılar 29 milyon dəfə telefon zəngi ediblərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Rabitə və İnformasiya Texnologiyaları İdarəsi elan edib ki, hacılar Qurban bayramı günü 29 milyon 500 min dəfədən çox telefon zəngi ediblər.

Səudiyyə Ərəbistanın Rabitə və İnformasiya Texnologiyaları İdarəsi dünən, həftənin üçüncü günü, 22 Avqust 2018-ci il, elan etdi: Hacılar Qurban bayramı münasibəti ilə təbrik zəngləri etmək üçün telefonlarından 29 milyon 500 min dəfə istifadə edərək daxili və xarici danışıqlar həyata keçiriblər.

Rabitə və İnformasiya Texnologiyaları İdarəsi həmçinin bildirib ki, bu il keçən ilə nisbətdə internetin sürəti 60 faiz çoxalmışdı. Hacıların çoxu əsasən "facebook", vatsap və instaqram kimi sosial şəbəkələrə qoşularaq internetdən istifadə ediblər.  

http://iqna.ir/fa/news/3740759

 

captcha