İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınların İşi Üzrə Ali Komissarlığı bu gün, həftənin ikinci günü, 26 Noyabr 2019-cu il, elan edib ki, 2018-ci ildən indiyədək Yəməndə 1 milyondan çox insanın vəba xəstəliyinə tutulması barədə şübhələr var.
Buna görə də Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınların İşi Üzrə Ali Komissarlığı indiyədək Yəməndə 27 min nəfərdən çox insanı vəba ilə mübarizə və bu epidemiyadan qorunmaq yolları barədə məlumatlandırıb.