IQNA

Səudiyyə Ərəbistanı ilə Pakistan arasında Quranın tərcüməsi və çapı sahəsində əməkdaşlıq

10:30 - December 31, 2024
Xəbər sayı: 3497345
İQNA - Səudiyyə Ərəbistanı Din İşləri, Təbliğ və İrşad Nazirliyi ilə Pakistan Din İşləri və Dinlərarası Koordinasiya Nazirliyi arasında Quran və hədislərin çapı sahəsində əməkdaşlıq üçün bir anlaşma imzalanıb.

"Propakistani.pk" saytının verdiyi məlumata görə, Ciddədə imzalanan bu anlaşmada hər iki ölkə arasında imamların təlimi, İslam təlimlərinin tanıdılması, İslamın müasir məsələlərə baxışı və təbliğ sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.

Anlaşmada həmçinin Quran və hədis kitablarının çapı və yayımı, məscidlərin tikintisi və təmiri sahəsində texniki və memarlıq təcrübəsinin paylaşılması, İslam irsinin yenidən dirçəldilməsi, kitabların və İslami əsərlərin nəşri, əlyazmaların toplanması, qorunması, kataloqlaşdırılması və yayımlanması, din alimlərinin İslami konfrans və seminar iştiraklarının təşviq edilməsi məsələləri də müzakirə olunub.

Pakistan Din İşləri Nazirliyi yaxın zamanda Səudiyyə Ərəbistanı Hava Yolları ilə zəvvarların göndərilməsini sürətləndirmək üçün bir anlaşma da imzalayıb.

4256988

captcha