IQNA

İmam Hüseyn (ə) hərəminin ev sahibliyi ilə İraq universitet müəllimlərinin Quran konqresi keçirildi

9:43 - September 23, 2025
Xəbər sayı: 3498912
İQNA - İraq universitetləri və institutlarının müəllimlərinə həsr olunmuş üçüncü milli akademik Qurani-Kərim konqresi, İmam Hüseyn (ə) hərəminin Darul-Quranına bağlı Akademik Tədris Mərkəzinin təşəbbüsü ilə Kərbəlada, Hərəmin “Xatəmül-Ənbiya” zalında təşkil olundu.

İmam Hüseyn (ə) hərəminin mətbuat mərkəzinin məsulu Vissam Nəzir Əd-Dilfî bu barədə deyib: “Konqres şənbə günü İraqın tanınmış qarilərindən və Qurani-Kərim müəllimlərindən olan Rafi Əl-Əməri tərəfindən Qurani-Kərim tilavəti ilə başladı, ardınca iştirakçılar İraq şəhidlərinin ruhuna “Fatihə” surəsini oxudular.

O əlavə edib: “İmam Hüseyn (ə) hərəminin Darul-Quranı bölməsinin rəhbəri şeyx Xeyrəddin Əli Əl-Hadi çıxış edərək, Qurani-Kərimin əhəmiyyətindən və onun tibb, əczaçılıq, mühəndislik kimi elmi fakültələrdəki rolundan danışdı və Qurani-Kərim fəaliyyətlərinə dəstək verən Hərəmin idarəçiliyinə və universitet müəllimlərinə təşəkkürünü bildirdi.

Dilfî qeyd edib ki, konqresdə İmam Hüseyn (ə) hərəminin idarəçisi şeyx Əbdülmehdi Kərbəlai, çoxsaylı universitet rektorları, müəllimlər və İraq Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin nümayəndəsi Həsəneyn Basim Əş-Şididi iştirak ediblər.

O xatırladıb ki, tədbirdə Hüseyniyyə hərəminin milli Qurani-Kərim layihəsi haqqında sənədli film nümayiş olunub, islamşünas tədqiqatçı Seyyid Cəfər Əl-Murəvvic universitet mühitində Qurani-Kərim mədəniyyətinin yayılması və Qurani-Kərim hərəkatının əhəmiyyəti barədə çıxış edib, Kufə Universitetinin rektoru Əla Naci Əl-Muli isə akademik mühitdə Qurani-Kərim hərəkatının önəmini vurğulayıb.

Qurani-Kərim Media Mərkəzinin məsulu əlavə edib: “Tədbirdə iştirak edən müəllimlərin fikir və ideyaları, universitetlərdə Qurani-Kərim fənn proqramlarının inkişafı məqsədilə müzakirə olunub. Konqresə isə Babil Universitetinin Təhsil fakültəsinin sabiq dekanı Əli Əbdül-Fəttah rəhbərlik edib”.

Məlumata görə, konqres İmam Hüseyn (ə) hərəminin idarəçiliyi tərəfindən iştirakçıların təltif olunması və onlara fəxri lövhələrin təqdim edilməsi ilə başa çatıb.

4306440

Teqlər: İraq ، quran ، konqres ، universitet ، imam hüseyn
captcha