IQNA

İraqın Cümə namazında xətibin sərt tənqidi;

İraqın işğalçı sionist rejimi ilə əlaqələrinin adi hala keçməsi üçün çalışanlar var!

20:31 - July 11, 2015
Xəbər sayı: 3326771
Beynəlxalq şöbə: İraqın müqəddəs Nəcəf – Əşrəf şəhərinin Cümə namazı xətibi Seyid Sədruddin Qəbançi öz xütbəsində İraq və işğalçı sionist rejimi İsrail arasında müxtəlif əlaqələrin adiləşməsi üçün çalışanları sərt tənqid etdi.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "suməriyyə nyuz" xəbər agentliyinin informasiya portalına istinadən verdiyi xəbərə görə, İraqın müqəddəs Nəcəf – Əşrəf şəhərinin Cümə namazı xətibi Seyid Sədruddin Qəbançi dünən, 10 iyul, Nəcəfin "əl-Fatimiyyə" hüseyniyyəsində Cümə namazı zamanı öz xütbəsində İraq və işğalçı sionist rejimi İsrail arasında müxtəlif əlaqələrin adiləşməsi üçün çalışanları sərt tənqid etdi.



O dedi: İraq parlamentinin köhnə üzvlərindən bəziləri işğalçı sionist rejimi İsrail ilə İraq dövləti arasında bəzi əlaqələrin yaranması üçün proqramlardan danışırlar və bu fikirdədirlər ki, işğal olunmuş ərazilərdə İraq səfirliyi açsınlar.



O, bu məsələni sərt tənqid edərək dedi: Bu məsələ (parlamentin işğal olunmuş ərazilərdə İraq səfirliyi mövzusu) göstərir ki, onlar (sionistlər) bizim içimizdə hara qədər nüfuza malikdirlər.



Cümə namazı xətibi Seyid Sədruddin Qəbançi sözünün davamında İran millətinin nüvə enerjisi məsələsində iradə və uzaqgörənliyinə işarə edərək dedi: İranın nüvə məsələsi təkcə iqtisadi bir mövzu deyil, bəlkə bu millətin izzət, kəramət, böyüklük, qüdrət və uzaqgörənliyinin göstəricisidir.



Seyyid Əmmar Həkim - İraqın Ali İslam məclisinin rəisi, dünən Cümə namazından öncə çıxış edərək, İŞİD-i işğalçı sionist rejimin bölgədə fitnə yaratmaq və vəziyyətinə öz lehinə saxlamaq üçün bir alət adlandırdı və vurğuladı ki, Qüds günü bütün dünya müsəlmanlarının sionizm əleyhinə fəryad günüdür. O, bütün siyasi qruplar və tayfalardan istədi ki, Ramazan ayının axır Cüməsində keçiriləcək bu möhtəşəm yürüşdə iştirak etsinlər. 3326521   

Teqlər: İraq ، nəcəf ، cümə ، qabançi ، sionist ، İŞİd
captcha