İQNA – Şəhid imam, mücahid Həzrət Ayətullahül-üzma Seyid Əli Xameneinin (r.ə) mübarək cənazəsinin dəfn mərasimi iyulun 8-də İraqın müqəddəs Nəcəf şəhərində böyük izdihamın iştirakı ilə keçirildi. İraq alimlərindən Ayətullah Seyid Məhəmməd Təqi Həkim Həzrət Əmirəlmöminin Əlinin (ə) müqəddəs hərəmində şəhid inqilab liderinin cənazəsi üzərində cənazə namazı qıldırdı.
Xəbər sayı: 3500738 Nəşr tarixi : 2026/07/11
İQNA – İraqın Şiə Koordinasiya Çərçivəsi Koalisiyası İranın şəhid rəhbərinin Nəcəf və Kərbəladakı izdihamlı dəfn mərasimindən sonra İraq xalqına müraciətlə bəyan etdi: "Siz bir daha sübut etdiniz ki, vəfa və kəramət əhlisiniz".
Xəbər sayı: 3500732 Nəşr tarixi : 2026/07/11
İQNA – İran İslam İnqilabının şəhid rəhbərinin Nəcəfi-Əşrəfdəki cənazə mərasimində İraq xalqının geniş iştirakı, bir daha "İran və İraq, ayrılıq mümkün deyil" şüarını dünya ictimaiyyətinin gözü qarşısında nümayiş etdirdi. Bu mərasim Nəcəf alimləri və hövzə tələbələrinin İmam Əli (ə) hərəmində şəhid rəhbərlə vidalaşması ilə müşayiət olundu.
Xəbər sayı: 3500719 Nəşr tarixi : 2026/07/09
İQNA – İranın şəhid rəhbərinin Nəcəfdəki milyonluq cənazə mərasimi Ayətullah əl-Həkimin qıldığı namazla başa çatdı.
Xəbər sayı: 3500716 Nəşr tarixi : 2026/07/09
İQNA – Bu gün səhər, çərşənbə günü, ümmətin şəhid liderinin müqəddəs cənazəsinə Həzrət Əlinin (ə) müqəddəs hərəmində namaz qılınması mərasimi keçirildi.
Xəbər sayı: 3500712 Nəşr tarixi : 2026/07/08
İQNA – "Əl-Məyadin" telekanalı beynəlxalq heyətlərin Nəcəfi-Əşrəfə gəlişi və İran İslam İnqilabının şəhid liderinin cənazə mərasimində milyonlarla insanın iştirakının gözlənildiyi barədə məlumat yayıb.
Xəbər sayı: 3500711 Nəşr tarixi : 2026/07/08
İQNA – İraqın bəzi xəbər mənbələrinin ilkin məlumatlarına görə, indiyədək ümmətin şəhid rəhbərinin Nəcəfi-Əşrəfdəki cənazə mərasimində iki milyondan çox insan iştirak edib.
Xəbər sayı: 3500710 Nəşr tarixi : 2026/07/08
İQNA – Bir neçə an əvvəl inqilabın şəhid lideri Ayətullah Seyid Əli Xameneinin və onun şəhid ailəsinin cənazəsini daşıyan təyyarə Nəcəfi-Əşrəf beynəlxalq hava limanına eniş edib.
Xəbər sayı: 3500709 Nəşr tarixi : 2026/07/08
İQNA – İran İslam İnqilabının şəhid lideri Həzrət Ayətullahul-üzma Seyid Əli Xameneinin (r.ə) dəfn mərasiminin təşkili üzrə İraqdakı Ali Komitə elan edib: İslam ümmətinin "şəhid rəhbəri"nin cənazəsinin Nəcəfi-Əşrəfdə rəsmi qarşılanması və Kərbəlayi-Müəllada xalq yürüşü ilə dəfn edilməsi üçün lazımi hazırlıqlar, tədarüklər və koordinasiya işləri başa çatıb.
Xəbər sayı: 3500705 Nəşr tarixi : 2026/07/07
İQNA – Nəcəf əyalətinin yerli rəsmiləri bu əyalətin İran İslam Respublikasının şəhid liderinin dəfn mərasiminə ev sahibliyi etmək üçün tam hazır olduğunu bildiriblər.
Xəbər sayı: 3500701 Nəşr tarixi : 2026/07/07
İQNA – İslam İnqilabı şəhid rəhbərinin pak cənazəsinin Nəcəfi-Əşrəf və Kərbəlayi-Müəlla şəhərlərində dəfn mərasiminin vaxtı yaxınlaşdıqca, İraq rəsmi, xalq, tayfa, təhlükəsizlik və xidmət sahələrində misli görünməmiş hazırlıq dalğasına şahidlik edir.
Xəbər sayı: 3500697 Nəşr tarixi : 2026/07/06
İQNA – İraqın "Həşdi-Şəbi" (Xalq Səfərbərlik Qüvvələri) komandanlığının məlumatına görə, bu təşkilatın 30 min əməkdaşı ümmətin şəhid liderinin Nəcəf və Kərbəladakı dəfn mərasiminin təhlükəsizliyini təmin edir.
Xəbər sayı: 3500692 Nəşr tarixi : 2026/07/06
İQNA – İraq Ordusunun Birgə Qərargahının sözçüsü general-leytenant Səd Muin elan edib: "İslam İnqilabının şəhid rəhbəri Ayətullah Seyid Əli Xameneinin nəşi çərşənbə günü Kufədən Nəcəfə, daha sonra isə İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) hərəmlərində izdihamla müşayiət olunacaq."
Xəbər sayı: 3500666 Nəşr tarixi : 2026/07/04
İQNA – İnqilab Rəhbərinin İraqdakı nümayəndəsi və İran İslam Respublikası Rəhbərlik Ekspertlər Şurasının üzvü Ayətullah Seyid Müctəba Hüseyni, şəhid İnqilab Rəhbərinin mübarək nəşinin Nəcəfi-Əşrəfdəki dəfn mərasimi ərəfəsində bir müraciət yayaraq, İraq xalqının bu mühüm gündəki geniş iştirakını Vilayi-Fəqihlə beyət, izzət, ləyaqət və müstəqillik dəyərlərinin yenilənməsi kimi qiymətləndirib.
Xəbər sayı: 3500653 Nəşr tarixi : 2026/07/01
İQNA – İraq və İran qurumları arasında genişmiqyaslı koordinasiyanın başlanması ilə yanaşı, İraq şəhid imam Ayətullah Seyid Əli Xameneinin Nəcəf və Kərbəla şəhərlərində keçiriləcək vida mərasiminə hazırlaşır; bu mərasimdə bir milyondan çox insanın iştirakı gözlənilir.
Xəbər sayı: 3500636 Nəşr tarixi : 2026/06/29
İQNA – İraqın şəhərləri və dini məkanları, Qədir-Xum bayramını qeyd etmək üçün bu ölkəyə gələn milyonlarla zəvvarı qarşılamaq üçün geniş xidmət və təhlükəsizlik hazırlıqlarına şahidlik edir.
Xəbər sayı: 3500482 Nəşr tarixi : 2026/06/04
İQNA – Müqəddəs İmam Əli (ə) Hərəmi 27 ölkənin iştirakı ilə birlik və ədalət dəyərlərini möhkəmləndirmək məqsədi daşıyan On Beşinci Beynəlxalq Qədir Həftəsinin fəaliyyətlərinin başlandığını bildirdi.
Xəbər sayı: 3500448 Nəşr tarixi : 2026/05/31
İQNA – Nəcəfdə yerləşən və Həzrət Abbas (ə) Hərəminin Fikri və Mədəni İşlər Bölməsinə tabe olan “Mirasul-Ənbiya (ə) Hövzə Araşdırmaları Mərkəzi”nin təşkil etdiyi ilk virtual elmi Quran elmləri kursu fəaliyyətini başa vurub.
Xəbər sayı: 3500396 Nəşr tarixi : 2026/05/24
İQNA – İraq şiələrinin mərcəyi-təqlidi Ayətullahül-uzma Seyid Əli Sistani müqəddəs Həzrət Abbas (ə) hərəminin Nəcəf müshəfinin ilk nəşrini təqdim etməsi münasibətilə bir mesaj göndərərək bu münasibəti təbrik edib və həmin müshəfə xatirə yazısı yazıb.
Xəbər sayı: 3500275 Nəşr tarixi : 2026/05/04
İQNA – İlk Nəcəf Quranı, 9 Aprel tarixində, Həzrət Abbas (ə) Müqəddəs Hərəminin təşkilatçılığı ilə keçirilmiş bir mərasimlə təqdim edilib.
Xəbər sayı: 3500264 Nəşr tarixi : 2026/05/03