IQNA

ABŞ-ın Vaşburn universitetinin kilsəsində Quran təlimləri toplantısı keçirildi

11:15 - November 20, 2016
Xəbər sayı: 3481013
Tehran, 20.11.2016 – ABŞ-ın Kanzas əyalətinin Vaşburn şəhər universiteti həftənin Cümə günü Karol kilsəsində Quran-Kərim təlimlərinin tanıtdırılması toplantısına evsahibliyi etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "CJOnline" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Kanzas əyalətinin Vaşburn şəhər universiteti həftənin Cümə günü, 18 noyabr 2016-cı il tarixində, Karol kilsəsində İslam və Quran- Kərim təlimlərinin tanıtdırılması toplantısına evsahibliyi etdi.

Amerikanın Kanzas əyalətinin Tupika şəhərinin "Sülh Komitəsi" tərəfindən keçirilən bu toplantıda Tupika şəhərinin İslam Mərkəzinin rəhbəri Ömər Hazim çıxış edib.

Seçkilərə hazırlıq və təbliğat rəqabətlərində "islamofobiya"nı öz çıxışlarının əsas mehvəri qərar vermiş ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tarmpın seçkilərdə qələbəsindən sonra Amerikanın bütün əyalətlərindəki müsəlmanlar, o cümlədən Tupika şəhərinin müsəlmanlara böyük şok yaşadılar.

Bundan əlavə Kanzas əyalətinin yüksək rütbəli rəsmilərindən olan və müsəlman migrantlara qarşı kəskin mövqeyi ilə tanınan Kris Kubaçın da Trampın dəstəsinə qoşulması bu regionda yaşayan müsəlmanların nigarançılıqlarını çoxaldıb.

Tubika şəhərinin "sülh komitəsi" Kanzasda bu toplantını İslam dini və müsəlmanları daha çox tanıtmaq və müsəlmanlara qarşı yanlış fikirləri islah etmək hədəfi ilə təşkil etdi.

Tupika şəhərinin İslam Mərkəzinin rəhbəri Ömər Hazim bu toplantıdakı çıxışı zamanı Quran təlimləri barədə söhbət edərkən dedi: Quran-Kərim bizə öyrədir ki, bütün insanları Allah-Taala yaradıb. Bizim bəşər olaraq yaradılışdan dərkimiz eynidir və buna görə də biz insanlar bir-birimizə qarşı təhqir və nifrət hissi ilə yaşamamalıyıq.

Bu toplantıda iştirak edənlərin terror və intiharçı hücumlar barədə suallarına cavab verildi və deyildi ki, bu məfhumlar İslama yaddır və bunları ifratçı, radikal və təkfirçi qruplar işlədirlər ki, onların da İslamla heç bir bağlılığı yoxdur. Terrorçuların və terrorun İslam ilə heç bir yaxınlığı yoxdur. Quran-Kərim bu kimi rəftarları pisləyir. Quran-Kərimdə "cihad" insanın məvəni yüksəlişi mənasındadır və Quran günahsız insanları öldürməyi qadağan edir və bir insanın ölümünü bütün bəşəriyyətin ölümü sayır.

Tupika şəhərinin İslam Mərkəzinin rəhbəri Ömər Hazim insanların İslam haqqında başqa bir yanlış təsəvvürünə də cavab olaraq dedi: Müsəlmanların Allahı fərqli bir Allah deyil. Allahdan tərifimiz bütün insanların Yaradandan olan tərifidir. Allah həmin Yaradandır ki, bütün varlığı yaratmışdır və hamımızın Yaradanıdır.

Teqlər: iqna ، kilsə ، məscid ، abş ، tramp ، terror ، intihar ، radikal
captcha