IQNA

Almaniyalı Quranşünas xanımın təfsiri araşdırması

21:10 - July 23, 2018
Xəbər sayı: 3483521
Almaniyalı İslamşünas və Quranşünas alimi professor xanım Rotraud Vilant (Rotraud Wielandt) 1944-cü ildə Almaniyanın Tubinqen şəhərində anadan olmuşdur.

Almaniyalı Quranşünas xanımın təfsiri araşdırmasıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyalı İslamşünas və Quranşünas alimi professor xanım Rotraud Vilant (Rotraud Wielandt) 1944-cü ildə Almaniyanın Tubinqen şəhərində anadan olmuşdur.

Munix, Tubinqen və İstambul kimi şəhərlərdə İslamşünaslıq, dini elmlər, dinlərarası müqayisəli fəlsəfə, Ərəb dili və ədəbiyyatı və Quranşünaslıq üzrə təhsil almış, tədris etmiş, araşdırmalar aparmış və elmi əsərlər yazmışdır.

O, 27 yaşında ikən doktorluq diplomunu aldı və Bamberg universitetində İslamşünaslıq fənni üzrə tədris etməyə başladı.

Onun müasir Türkiyə və müasir müsəlmanlar arasında fundamentalizm barədə bir çox araşdırmaları var və demək olar ki, daha çox bu sahədə araşdırmaya meyilli olub. Buna görə də doktorluq dərəcəsini alandan bir il sonra "modern müsəlmanların təfəkküründə tarix və vəhy" adlı əsərini çap və nəşr etdi və həmçinin "İslam dünyasının ensiklopediyası"nı yazanlarla həmkarlıq etdi.

Bundan əlavə Hollandiyanın Leyden şəhərinin çap və nəşr etdiyi Quran ensiklopediyasında "Müasir dövrdə Quran təfsiri cərəyanlarının tanıması" məqaləsini çap etmişdir. Bu məqaldə müasir müsəlman alimlərinin Quranın təsfiri metodlarından danışmışdır.

http://iqna.ir/fa/news/3732442  

«روتراود ویلانت»؛ بانویی اسلام‌شناس از آلمان

«روتراود ویلانت»؛ بانویی اسلام‌شناس از آلمان

«روتراود ویلانت»؛ بانویی اسلام‌شناس از آلمان

Teqlər: iqna ، quran ، almaniya ، təfsir ، ensiklopediya
captcha