IQNA

Dəməşqin Rif regionunda gizli tunellər aşkarlandı

7:27 - September 29, 2018
Xəbər sayı: 3483969
Tunellərdə müxtəlif metodlarla hazırlanmış, o cümlədən mobil telefonlar formasında və partlamağa hazır vəziyyətdə olan çox sayda əldədüzəltmə bombalar da aşkarlanıb.

Dəməşqin Rif regionunda gizli tunellər aşkarlandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın paytaxtı Dəməşqin "Rif" regionunun Beyt-Səhm qəsəbəsində gizli tunellər və əldədüzəltmə bombalar aşkarlanıb.

Gizli tunellər şəbəkəsini Suriya hərbi qüvvələri Beyt-Səhm əhalisinin köməyi ilə kəşf ediblər.

Tunellərdə müxtəlif metodlarla hazırlanmış, o cümlədən mobil telefonlar formasında və partlamağa hazır vəziyyətdə olan çox sayda əldədüzəltmə bombalar da aşkarlanıb.

Terroristlər bu tunellərdən Beyt-Səhm qəsəbəsindən Şərqi Ğutəyə keçid üçün istifadə edirlərmiş.

Qeyd edək ki, Suriya silahlı qüvvələri bundan öncə də ölkənin şimalında dəfələrlə gizli tunellər və terroristlərin qoyub getdikləri silah-sursat anbarlarını tapıblar.   

http://iqna.ir/fa/news/3750854

Teqlər: iqna ، suriya ، tunel ، bomba
captcha