İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın paytaxtı Dəməşqin "Rif" regionunun Beyt-Səhm qəsəbəsində gizli tunellər və əldədüzəltmə bombalar aşkarlanıb.
Gizli tunellər şəbəkəsini Suriya hərbi qüvvələri Beyt-Səhm əhalisinin köməyi ilə kəşf ediblər.
Tunellərdə müxtəlif metodlarla hazırlanmış, o cümlədən mobil telefonlar formasında və partlamağa hazır vəziyyətdə olan çox sayda əldədüzəltmə bombalar da aşkarlanıb.
Terroristlər bu tunellərdən Beyt-Səhm qəsəbəsindən Şərqi Ğutəyə keçid üçün istifadə edirlərmiş.
Qeyd edək ki, Suriya silahlı qüvvələri bundan öncə də ölkənin şimalında dəfələrlə gizli tunellər və terroristlərin qoyub getdikləri silah-sursat anbarlarını tapıblar.