Ali Xəlifə rejim təhlükəsizlik qüvvələri şiə ruhani Şeyx Hasim əl-Həddadı ötən gün Manama hava limanında həbs edib, naməlum istiqamətə aparıb.
Şeyx Hasim əl-Həddad tanınmış xətibdir. Onun moizələrinə görə saxlandığı bildirilir.
Qeyd edək ki, bundan öncə daha bir ruhani Əbdüz-Zəhra Əs-Samahiçi ki bir müddət öncə həbs olunmuşdu daha 15 gün Bəhryen rejimi tərəfindən həbsdə saxlanılacaq.
Xatırladaq ki, Bəhreyn rejimi Əhli-beyt (ə) məktəbinə xidmət edən ruhanilərin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə onları müxtəlif bəhanələrlə həbs edir.