IQNA

Bəhreyn hava limanında tanınmış şiə ruhani saxlanılıb

18:05 - February 07, 2020
Xəbər sayı: 3486642
Ali Xəlifə rejim təhlükəsizlik qüvvələri şiə ruhani Şeyx Hasim əl-Həddadı ötən gün Manama hava limanında həbs edib, naməlum istiqamətə aparıb.
Ali Xəlifə rejim  təhlükəsizlik qüvvələri  şiə ruhani Şeyx Hasim əl-Həddadı ötən gün  Manama hava limanında  həbs edib,  naməlum istiqamətə aparıb. 
Şeyx Hasim əl-Həddad tanınmış  xətibdir. Onun moizələrinə görə saxlandığı bildirilir. 
Qeyd edək ki,  bundan öncə daha bir ruhani  Əbdüz-Zəhra  Əs-Samahiçi  ki bir müddət öncə həbs olunmuşdu daha 15 gün Bəhryen  rejimi tərəfindən həbsdə saxlanılacaq.  
Xatırladaq ki, Bəhreyn rejimi Əhli-beyt (ə) məktəbinə xidmət edən ruhanilərin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə onları müxtəlif bəhanələrlə həbs edir. 
Teqlər: iqna ، bəhreyn ، şiə ruhanisi
captcha