IQNA

 ABŞ-da Xristian alimin Qurana yazdığı təfsir nəşr ediləcək

13:19 - April 22, 2020
Xəbər sayı: 3487123
Tehran (IQNA) -  Amerika naşirlərindən biri elan edib ki, xristianlıq dini əsasında təfsir edilmiş Qurani-Kərim nəşr etmək istəyir.

Amerikanın Mişikan vilayətindən olan bu naşir belə bir Quran çapı ilə İslam cəmiyyətlərində yaşayan və dini təbliğ edən keşişlərə kömək üçün çap etmək istədiyini bildirib.

"Bir xristian baxışında Quran; İslam dininin müqəddəs kitabını anlamaq üçün bələdçi" adlanan bu Quran təfsirini Gordon D. Nickel qələmə alıb.

Bu kitabda Quranın bəzi ayələri barədə yaddaştlar, bəzi ayələrin tarixçəsi, təfsiri və xristianların müqəddəs kitabları ilə oxşarlığı qeydə alınmışdır.  

Gordon D. Nickel Hindistanın Banqlur əyalətində Cənubi Asiya Araşdırmalar İnstitutunun İslami Araşdırmalar Mərkəzinin rəisidir.

O deyib: Heç kim Quranın möhtəvasını bilmədən müsəlmanların düşüncə tərzini dərk edə bilməz.  

Kitabın naşiri deyib ki, bu əsər müsəlmanlara tam ehtiramla yazılıb və müsəlmanlarla xristianların fikir ayrılığı olan məsələlərin həllində faydalıdır.  

3893215

 

Teqlər: abş ، quran ، təfsir ، Gordon D. Nickel
captcha